Bakıdan daha 3 istiqamətə onlayn bilet almaq mümkün olacaq. Bu haqda bu gün, 31 mart tarixində Bakuplus.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Belə ki, sərnişinlər artıq Bakıdan Tərtər, İsmayıllı və Kürdəmirə, eləcə də əks istiqamətə “biletim.az” portalı ilə onlayn bilet ala biləcəklər.
Hazırda adıçəkilən portal vasitəsilə Bakıdan Gəncə, Qazax, Gədəbəy, Bərdə, Ağcabədi, Mingəçevir, Göyçay, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Şabran, Quba, Qusar, Xudat, Astara, Lənkəran və Horadizə onlayn bilet almaq mümkündür.
[caption id="attachment_95660" align="alignnone" width="640"]
Foto AYNA[/caption]