Bakıdan Ağdama birbaşa dəmir yolu xətti açılacaq. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bildirilir ki, Bakıdan Yevlaxa, Yevlaxdan Bərdəyə, Bərdədən isə Ağdama dəmir yolu nəzərdə tutulub.
"Yol birxətli olacaq, 10 milyon tona qədər yükdaşıma qabiliyyəti var. Ağdam stansiyası ilə birlikdə işlərin gələn ilin yanvar-fevral aylarında yekunlaşması planlaşdırılır”, - deyə Azərbaycan Dəmir Yolları QSC-nin Tikintiyə nəzarət idarəsinin rəisi Tural Abbaslı deyib.