Bakı-Ağstafa-Bakı marşrutu üzrə sərnişin tələbatını nəzərə alaraq, 29 və 30 aprel tarixlərinə əlavə qatar reysləri təyin edilib. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az məlumat verir.
29 və 30 aprel tarixlərində əlavə reys üzrə saat 08:25-də Bakıdan yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq.
Əks-istiqamət üzrə isə 29 və 30 aprel tarixlərində əlavə reyslə saat 15:30-da Ağstafadan yola düşən qatar Bakıya saat 20:25-də çatacaq.