Bakı – Ağstafa – Bakı marşrutu üzrə əlavə qatarlar təyin edilib. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Sərnişin tələbatının artması ilə əlaqədar həftəsonu qatarların sayı artırılıb. Reyslərin iş qrafiki aşağıdakı kimi olacaq:
20 aprel:
- Bakı - Ağstafa – 08:45;
- Ağstafa - Bakı – 17:30;
- Bakı - Ağstafa – 09:15.
21 aprel:
- Bakı - Ağstafa – 08:45;
- Ağstafa - Bakı – 17:30;
- Ağstafa - Bakı – 15:00.
Bakı - Qəbələ reyslərinin qrafiki isə aşağıdakı kimidir:
20 aprel:
21 aprel:
Biletləri dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.