Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər fəaliyyət göstərəcək. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.
Sərnişin tələbatını təmin etmək məqsədilə sözügedən marşrut üzrə iyulun 29-u və 30-u hər istiqamət üzrə əlavə reyslər təyin olunacaq.
Əlavə qatar saat 09:15-də Bakıdan Ağstafaya, saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.
Ənənəvi qrafik isə olduğu kimi qalacaq.