Bakıdan daha bir regiona qatarla getmək mümkün olacaq. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
İlk dəfə olaraq Bakıdan Ağstafaya sürətli qatar marşrutu fəaliyyət göstərəcək. Belə ki, 18 mart tarixindən etibarən Bakı-Gəncə-Bakı qatarının marşrutu uzadılaraq Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edəcək.
Sərnişin qatarı 459 km uzunluğunda yolu 4 saat 55 dəqiqəyə qət edəcək. Qiymətlər standart sinif üçün 17 AZN, Bakı-Tovuz istiqaməti üçün isə 16 AZN təşkil edəcək. Biletlər 10 mart tarixindən etibarən satışa çıxarılacaq.