Noyabr ayında “AZAL” “PASHA Travel” turoperatoru ilə birgə Misirə çarter reyslərinin sayını artıracaq. Bu haqda bu gün, 12 avqust tarixində Bakuplus.az məlumat verir.
4 noyabrdan etibarən Bakıdan Şarm əl-Şeyxə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Bu reyslərə biletləri www.azal.az saytından, AZAL mobil əlavəsi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar. Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində satışda mövcüddur.