AZAL Bakıdan Tacikistanın paytaxtı Düşənbəyə uçuşlar yerinə yetirməyə başlayacaq. Biletlər artıq satışa çıxarılıb. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az AZAL-ə istinadən məlumat verir.
Uçuşlar sentyabrın 17-dən çərşənbə axşamları və cümə günləri həyata keçirəcək.
Uçuşların tam cədvəli ilə aviaşirkətin rəsmi internet saytında – www.azal.az-da tanış olmaq mümkündür. Uçuşlara aviabiletləri “Azərbaycan Hava Yolları” QSC-nin internet saytından, mobil proqram vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.