“Özbəkistan Hava Yolları” martın 8-dən Daşkənddən Azərbaycana uçuşları bərpa edəcək. Bu haqda bu gün, 24 fevral tarixində aviaşirkətin mətbuat xidməti məlumat verib.
“Azərbaycan və Özbəkistan arasında müntəzəm birbaşa aviareyslər bərpa edilib. “Özbəkistan Hava Yolları” martın 8-dən etibarən Bakı və Daşkənd arasında koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış uçuşları bərpa etməyi planlaşdırır”, - məlumatda deyilir.