Bu gün, 21 avqust tarixində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması çərçivəsində 68 nəfərdən ibarət daha 24 ailə Bakıdan Füzuliyə gedib. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Köç karvanı Qaradağ rayonunda yerləşən “Qobu park-3” yaşayış kompleksindən yola düşüb.
Daha öncə, avqustun 18-də Füzuliyə 90 nəfərdən ibarət olan 23 ailə köçürülüb.