Bakı – Kəraçi aviareyslərinə start verilib. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Azərbaycan Hava Yolları” (AZAL) Pakistanın Kəraçi şəhərinə ilk reysini yerinə yetirib. 18 aprel saat 20:10-da Bakıdan qalxan təyyarə yerli vaxtla saat 00:30-da Kəraçiyə çatıb.
Uçuşlar həftədə 2 dəfə – cümə axşamı və bazar günləri həyata keçiriləcək.