Bakıdan Laçına növbəti köç karvanı yola düşüb. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Laçın rayonunun Sus kəndinə yola salınıb. Bu mərhələdə kəndə 39 ailə, yəni 140 nəfər köçürülüb.
İndiyədək Laçın rayonunun Sus kəndində 59 ailənin, yəni 215 nəfərin daimi məskunlaşması təmin edilib.
[caption id="attachment_139034" align="alignnone" width="640"]
Foto Azərtac[/caption]