Bakı-Naxçıvan aviareyslərinin sayı artırılıb. Bu haqda bu gün, 30 iyun tarixində Bakuplus.az AZAL-a istinadən xəbər verir.
Sərnişin tələbatını nəzərə alaraq Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik reyslərin sayı 10-dan 12-yə çatdırılıb.
“AZAL sərnişinlərin Bakı-Naxçıvan arasında reyslərə olan tələbatını tam ödəyir. Bu istiqamətdə heç bir sərnişin biletsiz qalmayıb", - deyə qurumdan bildiriblər.