Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə reyslərin sayı artırılır.
Naxçıvan Avtomobil Nəqliyatı Agentliyi xəbər verir ki, sərnişin sıxlığı nəzərə alınaraq bu addım atılıb.
Vətəndaşlar əlavə olunmuş avtobus reysləri üzrə ətraflı məlumatları və biletləri Naxçıvan şəhərində o cümlədən, Şərur, Şahbuz, Culfa və Ordubad rayonlarında yerləşən avtovağzalların kassalarından əldə edə bilərlər.