Əməkdar artist Zemfira Nəcəfova vəfat edib. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Lənkəran Dövlət Dram Teatrının mətbuat xidmətinə istinadən xəbər verir.
Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, qocaman sənətkar Zemfira Nəcəfova dünyasını dəyişib.
Zemfira Nəcəfova 1950-ci ilin aprelində Bakıda anadan olub. O, 173 saylı orta məktəbdə təhsil alıb.
1970-1975-ci illərdə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilərək ömrünün sonunadək bu kollektivin truppasında fəaliyyət göstərib.