Fransanın paytaxtı Parisdə azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Rəssam Emil Səlimovun sərgisi səhnə sənətinə və teatr aləminə həsr edilib. Burada səhnə sənətinin sirlərini əks etdirən rəsm əsərləri nümayiş olunub.
E.Səlimov 1956-cı ildə Bakıda anadan olub. O, bir müddət Ukraynada yaşayıb, sonra isə Fransaya köçüb. E.Səlimov uzun müddət Parisdə səhnə rejissoru kimi fəaliyyət göstərib.
[caption id="attachment_138590" align="alignnone" width="640"]
Foto Report.az[/caption]