Qarabağa növbəti ay üçün avtobus reyslərinə biletlər satışa çıxarılır. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Bakıda işğaldan azad olunmuş torpaqlara olan avtobus reyslərinə noyabr üçün biletlərin satışına start verilir. Belə ki, biletlər 19 oktyabr saat 12:00-dan etibarən satışa çıxarılacaq. Sərnişinlər biletləri https://yolumuzqarabaga.az/ portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Bilet alındıqdan sonra başqa şəxsə ötürülməsi mümkün deyil.
2022-ci ilin 24 yanvar tarixindən bu günədək Şuşa və Ağdam şəhərlərinə 623 reys həyata keçirilib, ümumilikdə 25.545 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.