Bakıdan Naxçıvana uçan təyyarə mənzilbaşına çatmayıb. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az AZAL-a istinadən xəbər verir.
Bakı-Naxçıvan marşrutu üzrə hərəkət edən “J2-2257” hava gəmisi geri qayıtmağa məcbur olub. Buna səbəb Naxçıvan Hava Limanı yaxınlığında güclü küləyin olmasıdır.
Həmin hava gəmisi saat 05:10-da yenidən Naxçıvana yola düşüb.