Bakı - Şuşa avtobusu geri qayıda bilməyib. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
13 mart tarixində Bakıdan Şuşaya yola düşən avtobus hava şəraiti ilə əlaqədar geri qayıda bilməyib. Havanın mənfi 4-7 dərəcə olması səbəbindən qoruqda qalan 43 sərnişin və sürücülər “Xarıbülbül” hotelinə yerləşdiriliblər.
Avtobus növbəti gün səhər saatlarından Bakıya yola düşüb.