May ayından etibarən Bakıdan Varşavaya “LOT” aviaşirkəti tərəfindən təşkil olunan birbaşa uçuşlar başlayır. Bu haqda bu gün, 22 mart tarixində Bakuplus.az məlumat verir.
Uçuşlar həftədə dörd dəfə (çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günləri) 27 maydan başlayaraq həyata keçiriləcək.
Biletləri artıq aviaşirkətin saytında əldə etmək olar. Qiymətlər 81 dollardan təşkil olunur.