Bakıda Enerji Forumu keçiriləcək. Bu haqda bu gün, 21 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycanda ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Bakı Enerji Forumu baş tutacaq.
Bakı Konqres Mərkəzində təşkil ediləcək forumda ümumilikdə 600-dən çox nümayəndənin iştirakı gözlənilir. İştirakçılar siyahısında Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Böyük Britaniya, Bolqarıstan, BƏƏ, Çin, Əlcəzair, Fransa, İtaliya, Norveç, Macarıstan, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Yaponiya, Almaniya və digər ölkələrdən olan şirkətlər yer alacaq.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.
Tədbir 5-6 iyun tarixlərində baş tutacaq.