Bakı Enerji Həftəsinin açılışı çərçivəsində 3 elektrik stansiyasının təməli qoyulacaq. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bu gün Bakı Enerji Həftəsinin açılışı çərçivəsində Azərbaycanda “Masdar” şirkətinin inşa edəcəyi üç elektrik stansiyasının təməli qoyulacaq. 3 elektrik stansiyasının ümumi gücü 1000 MVt olacaq. Şirkət Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək.
“Bu layihələrə ümumi sərmayə təxminən 1 milyard ABŞ dolları məbləğində qiymətləndirilir”, – deyə energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.