“Bakı Gəmiqayırma Zavodu” MMC yekun hesabatını açıqlayıb. Bu haqda bu gün, 29 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Zavodun direktoru İmamverdi Həsənovun sözlərinə görə, 11 il ərzində 10 su nəqliyyatı tikilib, 170-ə yaxın gəmi təmir edilib və ya modernləşdirilib.
“Bakı Gəmiqayırma Zavodu” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 447 milyon ABŞ dollarıdır.