Bakı-Gəncə-Bakı marşrut xəttində yeni “Man” və “Temsa” markalı avtobuslar fəaliyyətə başlayıb.
Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, məqsəd sərnişindaşıma xidmətinin keyfiyyətini, təhlükəsizliyini və rahatlığını artırmaqdır.
Avtobus parkının yenilənməsi və ictimai nəqliyyatın əlçatanlığı daim nəzərdə tutulur. Respublika üzrə avtobus parkı müntəzəm olaraq təhlil edilir və marşrutlar mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqə şərtlərindən biri avtobusların yeniliyi ilə bağlıdır.
[caption id="attachment_147327" align="alignnone" width="640"]
Foto AYNA[/caption]