Daxili işlər naziri Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsində yeni təyinatla bağlı əmr imzalayıb. Bu haqda BakuPlus.az bu gün, 4 mart tarixində APA-ya istinadən xəbər verir.
Nazirin əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini təyin edilib. Bu vəzifəyə polkovnik Eldəniz Məmmədov təyin edilib.
Eldəniz Məmmədov əvvəllər DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini olub.