Prezident İlham Əliyev Bakı şəhərinin mənzil-kommunal təsərrüfatının maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu haqda bu gün, 17 noyabr tarixində AZƏRTAC məlumat verib.
Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfatının kommunal təyinatlı texnika ilə təmin edilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə 18,8 milyon manat verilib. Vəsait Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ayrılıb.
Daha öncə, may ayında Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 20 milyon manat vəsait Prezident Sərəncamı ilə ayrılıb.