Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvətvermə) maddələri ilə Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmiş Cəlal Bağırov Türkiyədə saxlanılıb. Bu haqda bu gün, 16 may tarixində Oxu.az məlumat verib.
Bağırov Azərbaycana ekstradisiya edilərək Bakı İstintaq Təcridxanasına köçürülüb.
Cəlal Bağırov Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun rəhbərliyi dövründə hüquq məsləhətçisi vəzifəsində çalışıb.