Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə yeni rəis təyin olunub. Bu haqda bu gün, 15 mart tarixində Report məlumat verib.
Sözügedən vəzifə Riyad Qasımova həvalə edilib.
Daha öncə o, Komitədə və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində aparat rəhbəri olub. Qasımov yeni vəzifəsinin icrasına martın 1-dən başlayıb.