"Bakı Zooparkı" 240 min manatlıq meyvə-tərəvəz alacaq. Bu haqda 5 may tarixində Fed.az məlumat verib.
Bakı Şəhər Heyvanat Parkı meyvə-tərəvəz, dənli bitkilər və digər ərzaq məhsullarının satın alınması üzrə tenderə yekun vurub. Tenderin qalibi "MEDİFARMA" MMC seçilib. Zoopark adıçəkilən şirkətlə 240.000 manatlıq müqavilə bağlayıb. Müqaviləyə əsasən, park şirkətdən ümumi həcmi 300 tondan çox olan meyvə-tərəvəz alacaq.