Əməkdar memar Feyzulla Quliyev vəfat edib. Bu haqda bu gün, 7 avqust tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Feyzulla Quliyev 2 fevral 1940-cı ildə Salyan rayonunun Arbatan kəndində anadan olub. Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsini bitirib.
Beş ilə yaxın Qazaxıstanda memar kimi fəaliyyət göstərən Feyzulla Quliyev SSRİ dövründə tərtib edilmiş Bakı şəhəri Baş Planının yeganə azərbaycanlı müəllifi olub.
2007-ci ildə ona "Azərbaycan Respublikasının Əməkdar memarı" fəxri adı verilib.