Bakı dünyanın idman paytaxtı ola bilər. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakının 2026-cı ildə dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb.
Bununla bağlı Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov mətbuat konfransında danışıb:
"Sevindirici haldır ki, Bakının dünyanın idman paytaxtı olması ilə bağlı namizədliyini irəli sürməsi müsbət qarşılanıb. Hətta bununla bağlı kitab dərc olunub", – deyə o qeyd edib.