Paytaxt ərazisində işıqforlarda yenilik edilib. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Paytaxtda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb. Məqsəd fərdi mobillik vasitələrinin təşviqi və istifadəçilərin təhlükəsizliyinin artırılmasıdır.