Bakı ilə Naxçıvan arasında hər gün 8-10 təyyarə uçur. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az AZAL-a istinadən xəbər verir.
Aviaşirkətdən verilən məlumata əsasən, Bakı-Naxçıvan reysi ilə hər gün 8-10 uçuş həyata keçirilir. Bu isə təqribən 2000 sərnişin deməkdir.
"Tam əminliklə bildiririk ki, bu istiqamətdə heç bir sərnişin aviabiletsiz qalmayıb. Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran bütün sərnişinlər aviabiletlə təmin olunacaqlar”, - deyə şirkətdən bildirilib.
Hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə aviabiletlərin qiyməti Azərbaycan vətəndaşlarına 60, xarici vətəndaşlar üçün isə 70 AZN-dir.