"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı nümayəndələri arasında videoformatda görüş keçirilib. Bu haqda 26 oktyabr tarixində Report xəbər verib.
Görüş Türkmənistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və iştirakı ilə baş tutub. Tədbir əsasında konteyner daşımalarında əlaqələrndirmə və əməkdaşlıq məsələləri, bütövlükdə Türkmənbaşı – Bakı – Poti marşrutu ilə yükdaşımalar, habelə İT tətbiqi məsələləri müzakirə olunub.
İki ölkənin dəniz limanları arasındakı əməkdaşlığın bundan sonrakı hədəflərinə dair müzakirələr aparılıb.
Hər iki limanın rəhbəri Xəzər regionu ölkələri arasında qarşılıqlı əməkdaşlıq və yardımlaşmanın inkişafına tərəfdar çıxaraq nəqliyyat dəhlizinə yüklərin cəlb olunmasının vacibliyini bildiriblər.