Bakıda batma təhlükəsi ilə üzləşənlər xilas olunublar. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Qızılqum” sularda xilasetmə məntəqəsinin ərazisində və “Nardaran 2” sularda xilasetmə məntəqəsindən kənarda ümumilikdə 3 nəfər batma təhlükəsi ilə üzləşib. Onlar FHN-in əməkdaşları tərəfindən xilas olunublar.