"BakıKart"ın rəhbərliyində dəyişiklik olub. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "BakıKart"ın operatoru olan "K Group" MMC-nin direktoru Orxan Bayramov işdən azad edilib. Onun yerinə Məmməd Allahverdiyev təyin edilib.
Xatırladaq ki, "K Group" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.