Bakıda “BakıKart”ın məhdud istifadə üçün nəzərdə tutulan gediş kartlarının satışı dayandırılır. Bu haqda 27 oktyabr tarixində Apa Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevə istinadən xəbər verib.
O, buna səbəb olaraq sərnişinlərə təklif olunan yeni üsullarla balans yükləmə xidmətlərinin olmasını bildirib.
"Məhdud istifadə üçün nəzərdə tutulan kartlar artıq olmayacaq. Çünki artıq onlayn, internet üzərindən ödəniş üsulu mövcuddur. Yaxın zamanda isə NFC, QR-kod və birbaşa bank kartı vasitəsilə gediş haqlarını ödəmək mümkün olacaq deyə, artıq onlara ehtiyac yoxdur",- deyə o əlavə edib.