“BakıKart”ın tətbiqi uzun müdətdir işləmir. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məsələ ilə bağlı bildirilib ki, “BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik
“BakıKart”ın mobil tətbiqi 5 gündür işləmir. Vətəndaşlar tətbiqdəki cüzdan bloklandığı üçün balansdakı puldan istifadə edə bilmədiklərindən şikayət edirlər.