Bakı Mühəndislik Universitetinin birinci kurs tələbəsi, 18 yaşlı Aydan Umarova vəfat edib. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az məlumat verir.
Umarova Oğuz rayonunun Bayan kəndində yerləşən yaşadığı evdə özünü pis hiss edib. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılan zaman yolda keçinib.
Verilən məlumata görə, gənc qız mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirmiş. O, düzgün qidalana bilmədiyi üçün təzyiq düşməsi səbəbindən vəfat edib.
Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.