Bakı marafonuna qoşulanların sayı açıqlanıb. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
7-ci dəfə keçiriləcək “Bakı Marafonu”na qeydiyyat yekunlaşıb. Marafonda 15.000-dən artıq iştirakçı qeydiyyatdan keçib. 200-dən çox fəxri qonağın, 6000-dən çox tələbənin iştirakı gözlənilir. Qeydiyyatdan keçənlərin siyahısında Almaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, İtaliya, Kanada, Qazaxıstan, Pakistan, Rusiya, Suriya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları yer alıblar.
Tədbir 5 may tarixində baş tutacaq.