Bayram günləri ilə əlaqədər “Bakı "Metropoliteni” QSC gücləndirilmiş iş rejiminə keçəcək. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Qurumun sədr müavini Hidayət Məmmədov bildirib ki, keçiriləcək kütləvi-mədəni tədbirlər nəzərə alınmaqla 8 Noyabr - Zəfər günündə qatarların “Həzi Aslanov-28 May” istiqamətində və əksinə hərəkət intervalı 2 dəqiqə olacaq.
Noyabrın 9-12-də isə həmin sahədə qatarların hərəkət intervalı 3 dəqiqə olacaq. Əlavə olaraq, hər gün sərnişin hərəkətinin intensivliyinin artması halında ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
Həmçinin “Bakmil” stansiyasına və əks istiqamətdə qatarlar noyabrın 8-də şənbə günü, qalan qeyri-iş günlərində isə bazar günü qrafikinə uyğun hərəkət edəcək.