Metronun iş rejimi "Qarabağ"a görə uzadılıb. Bu haqda 23 fevral tarixində Report məlumat verib.
Fevralın 24-də 21:45-də “Qarabağ” klubu Fransanın "Marsel" klubu ilə qarşılaşacaq. Oyunun gecə saatlarında başa çatması ilə əlaqədar “Bakı Metropoliteni” QSC metronun iş rejimində dəyişiklik edib.
Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyən azarkeşlərin daşınması məqsədilə metropolitenin “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevralın 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.