Bakı Metropolitenində bir sıra layihələr keçirilir. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Azərbaycan bəstəkarlarının uşaqlar üçün bəstələdikləri, eləcə də ümummilli lider Heydər Əliyevə həsr olunmuş mahnılar, ulu öndərin uşaqlara arzuları və tövsiyələri səsləndirilir. Proqrama 30-dan artıq musiqi parçası daxil edilib.
Bundan əlavə, bütün qatarlarda stansiyalara uyğun olaraq, “Qapılar bağlanır, növbəti stansiya...” sözlərini uşaqlar elan edirlər.