Bu ilin ilk yarısında Bakı metropolitenində sərnişin sayı artıb. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Yanvar-iyul aylarında Bakı metropolitenində 130 milyon 103,4 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 4,7% artım deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 124 milyon 311 min nəfər olub.
Hazırda Bakı metropoliteninin xətləri 40,7 kilometr uzunluğundadır, 3 xətt və 27 stansiya mövcuddur. Konsepsiya proqramına uyğun olaraq, 2030-cu ildə xətlərin uzunluğu 119,1 km-ə, stansiyaların sayı isə 76-ya çatacaq.