“Bakı Metropoliteni” QSC-nin 26 stansiya rəisi tutduğu vəzifədən azad edilib, onlardan 24-ü rotasiya şəkildə digər stansiyalara rəis təyin edilib. Bu haqda bu gün, 26 aprel tarixində Report məlumat verib.
“Nəriman Nərimanov” stansiyasının rəisi Arif Həsənli öz vəzifəsində qalıb.
Səhmdar Cəmiyyətin sədri Zaur Hüseynovun əmri ilə tutduqları vəzifələrdən azad edilən “Bakmil” stansiyasının rəisi Dəyanət Dadaşov və “Xocəsən” stansiyasının rəisi Seyfulla Vəliyev qurumda digər vəzifələrə təyin ediliblər. Bu iki yerüstü stansiyada onları əvəz etmək üçün təyinat olmayıb.