Bakı Metropoliteninin “Sahil”, “Azadlıq prospekti” və “Nəsimi” stansiyalarının rəisləri dəyişdirilib. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
“Sahil” stansiyasının rəisi Taleh Məmmədov iş yerini dəyişdiyindən vəzifəsindən azad olunmaq istəyib.
“Azadlıq prospekti” və “Nəsimi” stansiyalarının rəisləri Alpaşa İsmayılov və Zahid Rəcəbov isə təqaüd yaşlarına çatıblar.
Stansiyalara müvafiq olaraq Nurlan Nəbiyev, Xalid Məmmədov və Ramin Əliyev yeni rəis təyin ediliblər.