Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az metropolitenə istinadən xəbər verir.
“Qarabağ” futbol klubunun UEFA çərçivəsində keçiriləcək oyununa görə bu gün metronun “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində işləyəcək.
Stansiyadan stadiona yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə işçi qüvvəsi ayrılacaq. Zərurət yarandığı təqdirdə xəttə ehtiyat qatarlar buraxılacaq.