Bakı Metropoliteni vaqonların təmizlənməsi üçün yarım milyon AZN xərcləyəcək. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Fed.az-a istinadən xəbər verir.
Metropolitenə məxsus 3 vaqonun tam sökülməsi, qumla təmizlənməsi, antipas boya ilə rənglənməsi , kuzovun bərpası, 2 qat akril boya ilə rənglənməsi, tam yığılması və modernləşməsi üçün "Bakı Mexaniki - Təmir" adlı şirkətə 551.257 AZN vəsait ayrılacaq.
Bununla bağlı qurum tender elan etmişdi.