Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Bakı metrosunda dilənçilərə qarşı reyd keçirib. Bu haqda bu gün, 9 mart tarixində Report DİN-in mətbuat xidmətinə istinadən məlumat verib.
Keçirilən əməliyyat nəticəsində dilənçiliklə məşğul olan 16 nəfər saxlanılaraq cəzalandırılıb. Bildirilir ki, onlardan 3-ü kişi, 7-si qadın və 6-sı azyaşlı uşaqdır.