Bakı metrosunda partlayış olduğunu bildirən şəxs tutulub. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
32 yaşlı Sumqayıt şəhər sakini Aqil Vəliyev (ad və soyad şərtidir) yaşadığı evdə saxlanılıb. O, 30 sutka müddətinə azadlıqdan məhrum edilib.
O, 102 qaynar xəttinə zəng edərək Bakı metrosunun “20 Yanvar” stansiyasında partlayış olması barədə məlumat verib. A.Vəliyev saxlanılan zaman sərxoş olub.